Rusiya-Azərbaycan matçına satılan biletlərin sayı 58 minə çatıb

XƏBƏR 27 Mart 2009 / 11:42 2312
-  A +

Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində Moskvanın “Lujniki” stadionunda keçiriləcək Rusiya-Azərbaycan matçı üçün satılan biletlərin sayı artıq 58 minə çatıb. Daha konkret desək, dünənə olan məlumata görə, artıq 57780 bilet öz sahibini tapıb. Qol.Az-ın “Sport Ekspress”ə istinadən verdiyi məlumata görə, bu haqda matçın təşkilatçıları məlumat veriblər. Onlar bu gün yerdə qalan 2200 biletin də satılacağına şübhə etmirlər. Qeyd edək ki, artıq B, D, C tribunaları üçün nəzərdə tutulan bütün yerlərə biletlər satılıb. Bundan başqa təşkilatçıların verdiyi məlumata görə Azərbaycan azarkeşləri üçün ayrılmış 6500 bilet də satıldığından həmyerliləriməzə əlavə olaraq, daha 200 bilet ayrılıb


 


Son xəbərlər