"Neftçi" Premyer Liqanın XII turunda “Xəzər Lənkəran”ı qəbul edəcək. “Ağ-qaralar” cənub təmsilçisi ilə matçın hazırlıqlarına artıq 2 gündür start verib. Qol.Az-ın məlumatına görə, komandanın baş məşqçisi Böyükağa Hacıyev hazırlıqla bağlı klubun rəsmi saytına müsahibə verib:
- “Xəzər Lənkəran”la oyunun hazırlıqları necə gedir?
- “Turan”la oyuna qədər komandamız 4 ağır görüş keçirmişdi. Bu səbəbdən də komandada yorğunluq sezilirdi, ona görə də futbolçulara 2 günlük istirahət vermişdim. “Xəzər Lənkəran”la oyunun hazırlığına dünəndən başlamışıq. Məşqlərimiz adi qaydada gedir. Bizim üçün bu fövqəladə oyun deyil, adi oyunlardan biridir. Rəqibi qiymətləndiririk. “Xəzər Lənkəran” yaxşı komandadır, amma “Xəzər Lənkəran” da unutmamalıdır ki, “Neftçi”yə qarşı oynayacaq. Hər şey oyundan sonra məlum olacaq.
- Çoxları bu qarşılaşmaya “Böyük oyun” adı veriblər...
- Biz oyuna həm də qardaşlıq prinsipindən yanaşırıq. İstər “Xəzər Lənkəran”, istərsə də “Neftçi” ilk növbədə Azərbaycan futbolunun inkişafı naminə oynayır. Ona görə də mənə elə gəlir ki, bu oyunu çox da böyütməyə ehtiyac yoxdur. Bizim üçün adi çempionat oyunudur. Bu görüşün də qalibinə digər oyunlardakı kimi 3 xal veriləcək.
- Amma bu 3 xal aradakı fərqi 1 xala qədər azaldacaq...
- O əsgər əsgər deyil ki, general olmaq istəmir. Biz də hər bir oyuna qələbə əzmi ilə çıxırıq. “Xəzər Lənkəran” da istisna təşkil etmir. Bəli, xal fərqi 4-ə bərabərdir, biz bu fərqi növbəti matçda lap azalda bilərik. Amma çempionatın bitməyinə hələ çox var, digər rəqibləri də unutmaq olmaz.
- Azarkeşlərə necə müraciət edərdiniz?
- Çalışacağıq ki, həm Lənkərandan gələcək qonaq azarkeşlər, həm də “Neftçi”sevərlər maraqlı, gözəl oyuna şahidlik etsinlər. Mən bütün azarkeşlərimizi həmin oyuna dəvət edirəm.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq