Milli komandamızın baş məşqçisi Berti Foqtsun müsahibəsi
- Cənab Foqts, Moskvaya xoş gəlmişsiniz.
- Çox sağ olun. Amma mən artıq bilmirəm ki, bura neçənci dəfədir gəlirəm. Hardasa, 10-12 dəfə olar. Yenidən gəlməyimə də çox şadam.
- Rusiya paytaxtı nə ilə yaddaşınızda qalıb?
- Mənim üçün Moskva bu şəhərdən alıb evimə apardığım suvenirlə yadda qalıb. Onun adı nə idi? Taxtadandır, içində də...
- “Matryoşka”?
- Elədir ki, var - “matryoşka”. İndiyədək onu saxlayıram.
- Bu dəfə də suvenir alacaqsınız?
- Yox, siz nə danışırsınız? Bu dəfə işim çoxdur, Moskvaya bazarlıq üçün gəlməmişəm.
- Sonuncu dəfə sizinlə Avropa çempionatının final mərhələsində görüşmüşdük. Onda siz tribunadan Rusiya millisinin oyununu izləyirdiniz.
- Xatırlayıram. Onda mən alman jurnalistlərə yarışın bəzi oyunlarını işıqlandırmaqda kömək edir, məşqçi həmkarlarımla görüşürdüm. Eyni zamanda, Azərbaycan milli komandasının rəqibləri Almaniya və Rusiya millilərinin də oyunlarını izləyirdim.
- Siz İspaniya ilə Rusiyanın qrup mərhələsindəki oyununda hesabın 1:1 olacağını demişdiniz. Nəticədə isə matç 1:4 hesabı ilə başa çatdı.
- Hə, onda mən proqnozumda böyük səhv etmişdim. Lakin Rusiya yarımfinala qədər irəliləyə bildi. Elə o vaxt rəqibimizin güclü tərəflərini bildim: güclü olan yarımmüdafiənin mərkəzi, sürətli cinahlar. Bütün bunları komandanız növbəti oyunlarda da göstərdi.
- Şənbə günü Rusiya millisindən həmin keyfiyyətləri yenə gözləyirsiniz?.
- Təkcə onu deyim ki, sizin komanda evdə səfərdəkindən daha güclü oynayır. Eyni zamanda, Qus Hiddinkin komandasını dünyada ən güclülərdən biri saydığımı da qeyd edim.
- Hiddinklə şəxsi tanışlığınız var?
- Biz sadəcə tanış deyilik. Mən onu dostum sayıram. Son dəfə iki ay əvvəl Avropa məşqçilərinin Vyana şəhərindəki forumunda görüşmüşük. Qus - əla məşqçi və xoş insandır. Onunla söhbət etmək həmişə maraqlıdır.
- Çoxları Rusiya ilə oyunu sizin üçün şərəf məsələsi sayır. Axı Hiddinkin yetirmələrinin əsas rəqibi olan həmvətənlərinizə - Almaniya millisnə kömək etmək lazımdır.
- Nə haqda danışdığınızı başa düşmürəm. Şəxsən mən heç kimə kömək etməyi düşünmürəm. Ümumiyyətlə, Azərbaycan millisi də seçmə qrupundan çıxa bilər.
- Alman dostlarınız Rusiyanı məğlub etməyinizi xahiş etməyiblər?
- Mənə Azərbaycandakı dostlarım uğurlar arzulayıb. Bütün Azərbaycan xalqı da bizdən yaxşı oyun gözləyir. Bir daha təkrarlayıram, biz dünya çempionatının final mərhələsinə çıxmağa hələ də iddialıyıq. Buna görə də, heç kimə kömək etməyəcəyik.
- Moskvada heç-heçə və ya minimal hesablı məğlubiyyət sizi qane edəcək?
- Siz zarafat edirsiniz? Məni yalnız qələbə qane edir.
Mənbə: "Sovetski Sport"
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"