UEFA rəsmiləri yenidən Bakıda

XƏBƏR 2 Noyabr 2011 / 16:52 1243
-  A +

UEFA-nın Klub Lisenziyası və Maliyyə Fair Play-i şöbəsinin rəhbəri Andrea Traverso və Klub Lisenziyası şöbəsinin nəzarət meneceri Pablo Rodriqez Bakıda səfərdədirlər.

Qol.Az-ın məlumatına görə, AFFA-nın baş katibi, Lisenziylaşdırma qrupunun rəhbəri Elxan Məmmədovla UEFA rəsmilərinin görüşündə ölkəmizdə lisenziyalaşma prosesi ilə bağlı məsələlər ətraflı müzakirə olunub.

Bu gün AFFA-nın inzibati binasında A.Traverso və P.Roriqezin iştirakı ilə Unibank Premyer Liqasında çıxış edən klubların nümayəndələri üçün lisenziyalaşdırma və Maliyyə Fair Play-i mövzularına həsr olunmuş seminar keçirilib. 

Qeyd edək ki, UEFA rəsmilərinin səfəri noyabrın 4-də başa çatacaq.

Son xəbərlər