“Volqa”da maliyyə böhranı yaranması haqda xəbərlər həqiqətə uyğundur. Bununla belə məşqə çıxmaqdan imtina etmək istəyimiz düzgün deyil. Çünki həftəsonu bizi “Rubin”lə çox çətin qarşılaşma gözləyir”.
Bu sözləri Qol.Az saytına müsahibəsində milli komandamızın və “Volqa”nın yarımmüdafiəçisi Vaqif Cavadov deyib.
Vaqif bir aydır komandadan maaş almadığını etiraf edib: “Klub rəhbərliyi ilə bu yaxınlarda görüşümüz oldu. Onlar yaranmış problemi ən qısa zamanda həll edəcəklərinə söz verdilər. Son bir ayın maaşını almamışam. Hələ mən yaxşıyam. Elə oyunçular var ki, uzun müddətdir maaş ala bilmirlər.
Maliyyə böhranı hər bir komandada ola bilər. Ona görə də çox dərinə getmək istəmirik. Hər halda söz verdilər ki, məsələ həll olunacaq. Başımızı aşağı salıb məşqimizi edirik. “Rubin”lə həftəsonu öz meydanımızda gərgin qarşılaşma bizi gözləyir. Matça qələbə qazanmaq üçün çıxacağıq”.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"