Foqts 2 saatdan sonra jurnalistlərlə görüşəcək

XƏBƏR 27 Mart 2009 / 11:00 2575
-  A +

Hazırda Moskvada olan milli komandamızın baş məşqçisi Bertif Foqts təxminən iki saatdan sonra mətbuat konfransı keçirəcək. Qol.Az-ın Moskvadakı müxbirinin məlumatına görə, almaniyalı mütəxəxssis Moskva vaxtıyla saat 12:00, Bakı vaxtıyla isə saat 13:00-da jurnalistlərlə görüşəcək. Mətbuat konfransı millimizin qaldığı "Zolotoye Koltso" otelində baş tutacaq. Tədbirdə həmçinin komandamızın kapitanı Rəşad Sadıqov da iştirak edəcək. Həm Foqtsun, həm də Rəşadın qarşıdakı oyunla bağlı açıqlamalarıyla saytımızda tanış ola bilərsiniz. 


Son xəbərlər