"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim yenidən "Arsenal"ın qapısını döyüb.
Qol.Az-ın məlumatına görə, daha öncə "topçular"dan Emmanuel Ebuyeni transfer edən Terim bu dəfə Tomaş Rosiçkiyə "elçi" düşüb.
İstanbul təmsilçisi 31 yaşlı futbolçunun transferi ilə bağlı "Arsenal"la 2,5 milyon avro qarşılığında anlaşıb. "Qalatasaray"a transfer olunacağı təqdirdə çexiyalı futbolçunun illik qazancı 3 milyon avro olacaq.
Qeyd edək ki, 2006-cı ildən "Arsenal"da çıxış edən Rosiçki keçirdiyi 95 oyunda 12 dəfə rəqib qapılarına yol tapıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"