"Qalatasaray" klubunun çexiyalı müdafiəçisi Tomas Uyfaluji növbəti dəfə milli komandada oynamaqdan imtina edib.
Qol.Az-ın məlumatına görə, AÇ-2012-nin final mərhələsinə getmək üçün Çernoqoriya ilə "play-off" oynayacaq "Çexiya millisinin baş məşqçisi Miçal Bilek 33 yaşlı futybolçuya yenidən təklif göndərib.
Lakin Uyfaluji bu təklifi rədd edib. AÇ-2008-ci ilin seçmə mərhələsində Almaniyaya məğlubiyyətdən sonra Uyfalujinin bir neçə komanda yoldaşı ilə birgə gecə həyatı yaşadığı iddia olunurdu.
Həmin vaxtlar ölkəsində müzakirə obyektinə çevrilən futbolçu bir daha Çexiya millisində oynamayacağını açıqlamışdı. Baş məşqçi onu yenidən milliyə qaytarmaq istəsə də bu nəticəsiz qalıb.
Qeyd edək ki, Çexiya - Çernoqoriya matçı noyabrın 11-də, cavab qarşılaşması isə 4 gün sonra keçiriləcək.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"