Lənkəran publikası yeni kapitan gördü

Lənkəran publikası yeni kapitan gördü
XƏBƏR 2 Noyabr 2011 / 10:21 1592
-  A +

“Xəzər Lənkəran” klubunun yeni kapitanı Rahid Əmirquliyev bu postda ilk oyununa çıxıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının XI turunun “Kəpəz”lə oyununa komandanı kapitan sarğısı ilə daşıyan 22 yaşlı yarımmüdafiəçi üçün bu məsuliyyət yad deyil. Belə ki, əvvəl “Xəzər Lənkəran”ın vitse-kapitanlarından biri olan Rahid artıq 1 dəfə meydana sarğı ilə çıxıb.
 
Bu hadisə 1 il əvvəl baş verib. Elə oktyabra təsadüf edən həmin görüş də Gəncə təmsilçisinə qarşı baş tutmuşdu. 2010/11 mövsümünün IX turunun o vaxt “Gəncə” adlanan rəqiblə oyununda Əmirquliyev ilk dəfə kapitanlıq hissi yaşamışdı. Oktyabrın 17-də, yəni 376 gün əvvəl baş tutan həmin qarşılaşma zamanı Rahid tamhüquqlu kapitan deyildi.
 
Həmin vaxt klub tarixində 16-cı kapitan kimi düşən Əmirquliyev əsas kapitan – qapıçı Kamran Ağayevin AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılması sayəsində belə etimad qazanmışdı. Gəncədə meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitən həmin görüşdə Rahidin siftəsi korlanmışdı. Lakin bu dəfə Lənkəran publikası önünə ilk dəfə kapitan kimi çıxan yarımmüdafiəçi və yoldaşları azarkeşlərə minimal hesablı qələbə yaşatdı – 1:0
 
Ümumilikdə isə bu şərəfə nail olan 19 futbolçumuz olub. Rahidlə yanaşı daha 3 oyunçu - Füzuli Məmmədov, Junior Osvaldo və Elnur Allahverdiyev də 2 dəfə kapitan sarğısına layiq görülüb.
 
“Xəzər Lənkəran”ın kapitanları: Kamran Ağayev - 84, Mahmud Qurbanov – 59, Emin Quliyev – 25, Samir Əliyev – 24, Zaur Ramazanov – 23, Dmitri Kramarenko – 19, Arif Əsədov – 14, Elmar Baxşıyev – 10, Bəxtiyar Musayev – 4, Alim Qurbanov – 3, Füzuli Məmmədov, Junior Osvaldo, Elnur Allahverdiyev, Rahid Əmirqulıiyev – hərəyə 2, Aleksandr Martyoşkin, Ədəhim Niftəliyev, Rəşad Abdullayev, Xaqani Məmmədov, Ruslan Poladov– hərəyə 1 dəfə.

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu