Donetskdə, “Dostluq” idman kompleksində kosika-karate üzrə Avropa çempionatı başa çatıb. 15 ölkənin, o cümlədən Şərq təkbətək döyüş növlərinin vətəni sayılan Yaponiyanın ən güclü karateçiləri öz çəki və yaş dərəcələrində qitə çempionu adı uğrunda mübarizə aparıblar. Turnirdə ümumən 400 idmançı iştirak etmişdir. Bu idman növünün tarixində ilk dəfə Azərbaycan idmançısı Sevinc Mövsünzadə yeddi yaşında katada kosika-karate üzrə Avropa çempionu olub.
Sevincin atası və məşqçisi, kosika-karate üzrə üçqat dünya çempionu Nazim Mövsünzadə AzərTAc-a bildirib ki, qaydalara görə, 9 yaşından kiçik uşaqlar turnirə buraxılmır, lakin Dünya Karate Federasiyasının prezidenti Masayuki Kukan Xisataki qızın məharətinə o dərəcədə heyran qalıb ki, Sevinci yarışlara buraxıb və sonra qızıl medalı şəxsən özü onun boynuna taxıb. Bu, Azərbaycan üçün böyük şərəfdir, çünki tarixdə ilk dəfə 7 yaşlı uşaq kosika-karate üzrə Avropa çempionu olub.
Azərbaycanı bu yarışlarda 15 nəfərlik nümayəndə heyəti təmsil etmişdir. Azərbaycan nümayəndələri Avropa çempionatında layiqincə çıxış edərək 5 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıblar.
Kosika-karate Şərq təkbətək döyüş növlərinin ən sərt kontakt növlərindən biridir. Burada idmançılar sözün əsl mənasında döyüşürlər, hərçənd kosika karatenin ən təhlükəsiz növlərindən biri sayılır. Məsələ bundadır ki, idmançıları döyüş zamanı xüsusi forma qoruyur. Lakin bu o demək deyil ki, mübarizə əzmi zəifləyir. Bəzən tatami üzərində emosiyalar aşıb-daşır.
Xatırladaq ki, 2012-ci ildə kosika-karate üzrə dünya birinciliyi Bakıda keçiriləcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq