Konstantin Zıryanov: “Azərbaycanla matçı səbirsizliklə gözləyirəm”

XƏBƏR 26 Mart 2009 / 21:18 2583
-  A +

“Azərbaycanla matçı səbirsizliklə gözləyirəm. Çünki bu bizim yeni ildə ilk rəsmi oyunumuzdur”. Qol.Az-ın Moskvadakı müxbiriylə söhbətində bu sözləri martın 28-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Rusiya millisinin üzvü Konstantin Zıryanov deyib. Zıryanov bildirib ki, oyunun bir qədər asan keçməsi üçün mütləq erkən qol vurmalıdırlar: “İlk oyunumuzu mütləq qələbəylə başa vurmalıyıq. Azərbaycanla oyunda adımıza layiq şəkildə çıxış etməliyik. Düşünürəm ki, erkən qol qələbə qazanmağımız və oyunun müəyyən qədər asan keçməsi baxımından bizə kömək ola bilər”.


Son xəbərlər