Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vasl” futbol komandasının baş məşqçisi Dieqo Maradona noyabrın 8-də keçiriləcək “Liviyalı uşaqların dostları” adlı xeyriyyə matçında meydançaya çıxacaq. Qol.Az-ın məlumatına görə, bu barədə görüşün təşkilatçısı açıqlama verib.
O deyib: “Maradona bizə oynayacağını dedi. Onun sözünə əməl edəcəyinə ümidliyik. İstənilən şəxs əfsanəvi futbolçunu yenidən meydançada görməkdən şad olacaq. Bu addımımızın əsas məqsədi isə Liviyadakı məlum hadisələr zamanı zərər çəkən uşaqlara kömək göstərməkdən ibarətdir”.
Qeyd edək ki, xeyriyyə matçında Fabio Kanavarro, David Trezege, Rober Pires və Marko Materatsi kimi məşhur futbolçuların da iştirakı gözlənilir. Qarşılaşma Dubaydakı “Al Ahlis Rashid” stadionunda baş tutacaq.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"