"İnter"in müdafiəçisi Valeri Abramidze “Rəvan”la qarşılaşma barədə danışıb. Qol.Az-ın məlumatıına görə, klubun rəsmi saytına müsahibə verən gürcü futbolçu birinci dövrənin yekunu və qarşıdakı “Turan”la oyun barədə də fikirlərini bildirib:
- “Rəvan”la matç barədə nə deyə bilərdin?
- Oyun çox mürəkkəb alındı. Səmimi desəm, biz bilirdik ki, oyun belə də olacaq. Deyim ki, bizim üçün əsas məsələ 3 xalı əldə etmək idi və çox xoşdur ki, bu məqsədimə çatmağı bacardıq.
- Bununla belə, matçın sonunda komanda oyuna nəzarəti əldən verdi…
- Bəli, biz rahatlaşdıq və az qala buna görə cəzalanacaqdıq. Rəqib bir qolun əvəzini çıxa bildi, lakin bununla belə, bizə qalibiyyət hesabını qorumaq mümkün oldu.
- Sən komandanın birinci dövrəni tam və əvəz edilmədən başa vuran yeganə üzvüsən. Əvvəldən sonadək oynamaq və belə qrafikə dözmək çətin deyil?
- Əlbəttə ki, çətindir. Bizim hamımıza asan deyil. Bundan başqa, qeyd etmək istərdim ki, ən çətin olanı meydança dəyişdirməkdir. Deyim ki, süni ot örtüyündən təbii ot örtüyünə keçid ən çətin prosesdir.
- Birinci dövrənin yekunlarını qiymətləndirməyini xahiş edirik. Fikrincə, başa çatan ilk dövrə “İnter” üçün necə alındı?
- Hesab edirəm ki, birinci dövrə bizim üçün yaxşı alındı. Onun yekunlarını müsbət qiymətləndirirəm. Lakin bizim əsas oyunlarımız hələ irəlidədir. Demək istərdim ki, bizə heç bir halda rahatlaşmaq olmaz, axı hər turda rəqiblər bizə qarşı daha çox köklənirlər.
- Birinci dövrədə hansı qarşılaşma daha çox yaddında qaldı?
- Bir çox oyunları qeyd etmək olar, lakin mənim üçün daha çox “Qarabağ”a qarşı Quzanlıda keçirdiyimiz oyun yadda qalan oldu. Bu matçda biz təəssüf doğuran məğlubiyyət aldıq. Bu da futboldankənar səbəblərə görə baş verdi. Axı həmin oyun dözülməz istidə baş tutdu. Bir də ki, meydança yaxşı vəziyyətdə deyildi.
- “İnter” ikinci dövrəyə “Turan”la səfər oyunu ilə başlayacaq. Bu komandayla gözlənilən oyun barədə nə deyərdin?
- “Turan” güclü xarakterə malik çox yaxşı komandadır. Bundan başqa, onlar müdafiə futbolu oynayırlar, belə komandalara qarşısa oynamaq kifayət qədər çətindir. Bir də ki, “Turan”a çox təcrübəli məşqçi rəhbərlik edir. Bir sözlə, matç çox çətin olacaq, lakin biz Tovuza qələbə ardınca gedirik. Şəxsən mən Tovuz stadionunda qazonunun komandalara yaxşı futbol sərgiləməyə imkan verməsini istərdim.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq