Həmyerlimiz Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın "Volqa" klubunda baş məşqçi dəyişikliyi ola bilər.
Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Nijni Novqorod təmsilçisinin baş məşqçi Dmitri Çerışevlə yollarını ayıracağı bildirilir.
Buna səbəb kimi isə komandada maaşların gecikməsi ilə bağlı gərgin vəziyyətin yaranması göstərilir. Klub rəhbərliyi noyabrın 6-da "Volqa" ilə müqaviləsi başa çatacaq Çerışevi komandada saxlamağı düşünmür.
"Volqa" rəsmiləri Çerışevin rəhbərliyi altında komandanın bu mövsüm 30 turdan sonra 30 xalla turnir cədvəlinin 10-11-ci pillələrdə yer alacaqlarına ümid etsələr, adı çəkilən məşqçi buna nail olmayıb.
Məhz buna görə də rəhbərlik Çerışevlə müqaviləni uzatmaq niyyətində deyil. Noyabrın 15-də yığışacaq "Volqa"nın Direktorlar Şurası ilk öncə komandada yaranmış maliyyə məsələsini, daha sonra isə yeni baş məşqçinin namizədliyini müzakirə edəcək.
Qeyd edək ki, Cavadov məhz Çerışevin vaxtında "Volqa"ya transfer olub.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel