AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan kubokunun 1/16 final mərhələsində baş verənlər də diqqətdən kənarda qalmayıb. Qol.Az-ın məlumatına görə, İK bu oyunlarda qayda pozuntularına yol verən klubları belə cəzalandırıb:
Azərbaycan Kubokunun 1/16 final “Tərəqqi” – “Neftçala” matçının 45+2-ci dəqiqəsində “Neftçala” klubunun 55 nömrəli futbolçusu Qeyrət Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Neftçala” klubunun məşqçisi Ceyhun Hüseynovla klubun inzibatçısı Ehtiram Abbasov hakimləri təhqir etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki şəxs 5 oyunluq cəzalanır, kluba min manat cəza tətbiq edilib.
Azərbaycan Kubokunun 1/16 final “Bakılı” – “Karvan” matçında “Bakılı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Bakılı” klubun prezidenti Misir Əbilov matçın AFFA nümayəndəsi Vaqif Davudova qarşı təhqiredici hərəkət etdiyi üçün adıçəkilən şəxs 5 oyunluq cəzalanır, klub 500 manat cərimələnib.
Azərbaycan Kubokunun 1/16 final “Şahdağ” – “Muğan” matçında “Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 15-ci dəqiqəsində “Şahdağ” klubunun 16 nömrəli futbolçusu Qüdrət Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimələnib. Matçın 83-cü dəqiqəsində “Muğan” klubunun 20 nömrəli futbolçusu İlqar Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cəza tətbiq edilib. Matçın 83-cü dəqiqəsində “Muğan” klubunun 25 nömrəli futbolçusu Rəşad Muradov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunub.
Azərbaycan Kubokunun 1/16 final “Lokomotiv” – “Sumqayıt Şəhər” matçında “Sumqayıt Şəhər” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimələnib. Matçın 89-cu dəqiqəsində “Sumqayıt Şəhər” klubunun 91 nömrəli futbolçusu Ruslan Qurbanov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, kluba 4 min manat cəza tətbiq edilib.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq