Demet Akalın "Bakı“ya çempionluq arzuladı

Demet Akalın "Bakı“ya çempionluq arzuladı
XƏBƏR 26 Mart 2009 / 18:07 2589
-  A +

Türkiyənin məşhur müğənnilərindən olan və bu günlərdə Bakıda konsert proqramıyla çıxış edən Demet Akalın “Bakı” klubuna çempionluq arzulayıb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumatan görə, “Bakı” klubunun baş koordinatoru Akif Özakyolun həyat yoldaşı Perihan Balcı Özakyol Türkiyənin məşhur pop ulduzu Demet Akalınla görüşərək ona “Bakı” futbol klubunun formasını hədiyyə edib. Demet Akalın Bakıda olduğu zaman futbolu seyr etməyə vaxtı olmadığından təssüfləndiyini bildirərək, “Bakı” futbol klubuna bol-bol qələbələr və çempionluq arzulayıb.


Son xəbərlər