"Xəzər Lənkəran" rekordu təkrarladı

XƏBƏR 1 Noyabr 2011 / 10:54 1705
-  A +

Premyer Liqasında I dövrə başa çatıb. Dövrənin sonuncu XI turundan asılı olmayaraq, çempionatın ilk bölümünün çempionu adını təmin edən “Xəzər Lənkəran” “Kəpəz”i də məğlub edib mövqeyini daha da möhkəmlədib. 1:0 hesablı qələbə sayəsində I dövrənin qalibi öz rekordunu təkrarlayıb.
 
Komanda ilk 11 matçda 26 xal qazanıb. Güclülər dəstəsində 8-ci mövsümünü keçirən "Xəzər Lənkəran" heç vaxt startdakı 33 mümkün xaldan daha artığını yığmayıb. Yalnız 5 il əvvəl komanda ilk 11 turda belə yüksək göstəriciyə - 26 xala nail olmuşdu. 2006/07 mövsümündəki həmin nəticə sonda çempionluğun qazanılması ilə nəticələnmişdi. Çempionluq gətirən həmin rekordu təkrarlayan Mirça Rednikin futbolçuları rumıniyalı ilə əldə olunan ötənilki göstəricini 2 xal yaxşılaşdırdı.
 
“Xəzər Lənkəran” ilk 11 turda
 
2004/05    6   3   2   14-5   21
2005/06    2   3   6   8-11    9
2006/07    8   2   1   19-5   26
2007/08    7   3   1   22-9   24
2008/09    8   1   2   21-7   25
2009/10    5   4   2   13-6   19
2010/11    7   3   1   13-5   24
2011/12    8   2   1   17-7   26

Mənbə: "Xəzər Lənkəran"ın rəsmi saytı

Daha çox


Son xəbərlər