“Neftçi” klubun yarımmüdafiəçisi Elmar Baxşıyev bir müddət öncə baş məşqçi Böyükağa Hacıyev tərəfindən əvəzedici heyətə göndərilməsinə bir daha münasibət bildirib.
Qol.Az saytının müxbiri ilə söhbətində Baxşıyev qışa kimi gözləyəcəyini bildirib: “Hələ ki, işimlə bağlı heç bir yenilik yoxdur. Qışa kimi gözləmək məcburiyyətindəyəm. Hazırda formamı itirməmək üçün fərdi şəkildə məşqlərimi davam etdirirəm. Klubla birlikdə deyiləm”.
Baxşıyev “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun onun ciddi cəzalandırılacağı ilə bağlı fikirlərinə isə belə münasibət bildirib: “Hələ ki, mənə cəzalanma ilə bağlı kimsə fikrini bildirməyib. Onlar fikirlərini bildirsinlər, sonra da mən öz sözümü deyərəm”.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel