"Tottenhem" klubunun hücumçusu Roman Pavlyuçenko qış fasiləsində Londonu tərk edə bilər.
Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına müsahibə verən rusiyalı futbolçu yenidən ölkəsinə qayıtmağa hazır olduğunu bildirib:
"Mən artıq 4 ildir ki, əsas heyətə düşmək uğrunda mübarizə aparıram. Ötən mövsüm komandanın ən yaşı bombardiri oldum. Ancaq yenə də baş məşqçi mənə güvənmir. Yenidən Rusiyaya qayıtmağa hazıram. Bu transfer elə yanvarda da baş tuta bilər".
Qeyd edək ki, 30 yaşlı futbolçu 2003-2008-ci illərdə Moskvanın "Spartak" klubunda çıxış edib.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel