İngiltərənin “Mançester Siti” futbol klubu baş məşqçi Roberto Mansini ilə müqaviləni uzatmağa hazırlaşır.
Qol.Az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisə 4 il üçün 22 milyon funt təklif olunacaq. Anlaşma əldə edilsə, Mansini Premyer Liqanın ən çox qazanan baş məşqçisi olacaq.
Qeyd edək ki, hazırda “Mançester Siti” İngiltərə çempionatında liderdir. 10 turdan sonra “şəhərlilər”in hesabında 28 xal var. İndiyədək 9 qələbə, 1 heç-heçə əldə edən Roberto Mansininin komandası ən yaxın izləyicisi “Mançester Yunayted”i 5 xal qabaqlayır.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel