Ukraynanın «Aleksandriya» komandasının azərbaycanlı futbolçusu Ruslan Zeynalov son turun «Şaxtyor»a qarşı keçirilmiş oyununda kobudluğu ilə yadda qalıb.
Qol.Az-ın məlumatına görə, matçın 79-cu dəqiqəsində oyuna daxil olan həmyerlimiz cəmi 4 dəqiqə sonra simulyasiyaya görə sarı vərəqə alıb. 89-cu dəqiqədə isə Ruslan rəqibin futbolçusu Eduardoya qarşı kubokluğuna görə ikinci sarı alaraq meydandan qovulub.
Matç isə 2:3 hesabı ilə qonaq komanda «Şaxtyor»un xeyrinə başa çatıb. Maraqlıdır ki, oyunda bütün qollar ilk 38 dəqiqədə vurulub.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu