"İnter" klubunun yarımmüdafiəçisi Elnur Abdulov "Rəvan"la oyun haqda fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən futbolçu son oyundakı qələbə və digər məsələlər haqda danışıb.
- "Rəvan"la oyun asan alınmadı, lakin buna baxmayaraq “İnter”ə qalib gəlmək müyəssər oldu. Beləliklə, komanda ilk dövrəni qələbəylə başa vurdu…
- Bəli, əsas nəticədir. Bu planda qələbə əldə etmək bizə çox vacib idi. “Rəvan”ın güclü rəqib olduğunu bilirdik, ancaq komandamız kifəyət qədər düzgün oynadı və layiqli qələbə qazandı.
- Bununla belə, matçın sonunda “İnter” azarkeşlərini gərgin anlar yaşamağa vadar etdi…
- Oyunun sonu əsəbi alındı, ancaq burada biz özümüz günahkarıq. Birinci hissədə meydan sahiblərinin qapısından 2 qol keçirə bildik. Biz vəziyyətə tam nəzarət edirdik. Fasilədən sonra isə “Rəvan” irəliyə atıldı və bu da bizə əks-hücum qurmaq imkanı yaratdı. Yenə 3-4 yüz faizlik qol vəziyyətləri yaratdıq, ancaq 3-cü qol vurmaq əvəzinə bir az sonra özümüz qol buraxdıq.
- Sən karyerana hücumçu kimi başlamısan, lakin bu mövsüm Kaxaber Sxadadze səndən yarımmüdafiəçi kimi istifadə edir. Sənin üçün yenə ampluda oynamaq çətin olmadı?
- Əvvəlcə çətin oldu, amma vaxt keçdikcə uyğunlaşdım. Düşünürəm ki, mənim hansı mövqedə oynadığımı məşqçi daha yaxşı bilər. İstənilən halda meydana çıxmaq və oyunumla komandaya kömək etmək istəyirəm, ona görə də yarımmüdafiədə və ya hücumda oynamağın mənim üçün o qədər də fərqi yoxdur.
- Bir neçə mövsüm “İnter”in əvəzedici heyətində keçirmisən. Ehtiyat heyətin heç də hər bir üzvünə əsas komandaya düşmək müyəssər olmur, ancaq sən bunu bacardın. Uğur sirrini bizimlə bölüşərdin...
- Mənim uğurumun sirri sadədir. Öz üzərimdə çox çalışıram. Bundan başqa, mən məşqçilərimə, xüsusilə də Kaxaber Sxadadzeyə minnətdaram. Onlar mənim karyeramda irəliləməyimdə böyük rol oynadılar.
- Birinci dövrə başa çatdı. "İnter" 21 xalla turnir cədvəlində 3-cü yerdədir. Komandanın birinci dövrədə çıxışını qiymətləndirməyini istərdik…
- Biz mövsümə çox çətin başladıq, çempionatın əvvəlində 2 oyun ard-arda məğlub olduq, lakin sonra komanda toparlandı və xal toplamağa başladı. Birinci dövrənin son hissəsi bizim üçün kifəyət qədər uğurlu alındı, biz növbəylə “Xəzər-Lənkəran” və “Neftçi” komandalarını məğlub etdik və bununla da mövqelərimizi hissediləcək dərəcədə möhkəmləndirdik. Düşünürəm ki, ilk dövrə komandamız üçün uğurlu alındı. Bununla belə, ikinci dövrədə biz vəziyyətimizi yaxşılaşdırmalıyıq, axı 3-cü yer imkanlarımızın hüdudu deyil.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq