Milli komandamız artıq Moskvadadır

XƏBƏR 26 Mart 2009 / 14:55 2445
-  A +

Martın 28-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya milli komandasıyla qarşılaşacaq millimiz artıq Moskvadadır. Qol.Az-ın Moskvada olan müxbirinin sözlərinə görə, milli komandamızı aeroportda 10-ya yaxın həmyerlimiz qarşılayıb. Azərbaycanlı gənclər əllərindəki Azərbaycan bayrağıyla ilk dəqiqələrdən millimizi dəstəklədiklərini nümayiş etdiriblər. Yerli KİV nümayəndələrindən də ikisi aeroportda millimizi qarşılayıb. Onlar futbolçularımızın şəkillərini çəkməklə yanaşı, millimizin baş məşqçisi Berti Foqtsa da bir neçə sual ünvanlayıblar. Ardınca avtobusa əyləşən milli üzvləri qalacaqları "Zolotoye Koltso" otelinə yollanıblar. Xatıladaq ki, bu gün saat 18:00-da millimiz "Lujniki" stadionunda ilk məşqinə çıxacaq.  

Son xəbərlər