"Mənə sual verməyiniz, sizin üçün normal haldır. Lakin hər şey sizin istəyinizlə olmur axı". Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis ölkəsinin mətbuatına verdiyi müsahibəsində yığmamızdakı taleyi haqda danışıb: "Mən publikaya dəqiq olmayan şeyi demirəm. Bu, mənim xasiyyətimdən irəli gəlir. Azərbaycan yığması ilə müqaviləm bu ilin sonunda bitir. Sonrasına isə baxarıq.
Noyabrın sonu, dekabrın əvvəllərində AFFA ilə danışıqlara başlayacağam. Onu deyim ki, AFFA tərəfindən mənə heç bir təzyiq yoxdur. Onlar mənə qarşı hər zaman ədalətli və ləyaqətli davranıblar".
Qeyd edək ki, Almaniyanın "FAZ" qəzeti daha öncə Berti Foqtsun bu ilin sonunda Azərbaycan millisindən gedəcəyini iddia edib.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu