AZAL futbol klubunun baş məşqçisi Elxan Abdullayev istefa verməyi qərara alıb. Bu haqda 41 yaşlı mütəxəssisin özü bildirib.
Abdullayev Premyer Liqada 7 turdur komandasının qalib gələ bilməməsini səbəb göstərib. O, XI turda “Sumqayıt Şəhər”ə 1:2 hesablı məğlubiyyətdən sonra AZAL-dan ayrılmaq istədiyini açıqlayıb: “Çempionatda indiyədək qalib gələ bilməyən komandaya uduzmaq mənim imicimə böyük zərbədir. İndiyədək karyeramda belə hal olmayıb. Bu gün rəhbərliklə görüşəcəyəm və istefa qərarımı bildirəcəyəm. Əvvəllər də iki dəfə istefa vermək istəmişəm. Amma rəhbərlik hələlik işləməyimi məqsədəuyğun sayıb. Amma bu dəfə qərarımda israrlıyam”.
Bununla belə, AZAL-la mövsümün sonunadək müqaviləsinin olduğunu xatırladan Abdullayev klub rəhbərliyinin qərarına hörmətlə yanaşacağını vurğulayıb. “7 turdur uda bilmirik. Bəlkə problem məndədir? Bəlkə futbolçular başqa ab-havada oynamağa öyrəşiblər. Mən isə nizam-intizamı xoşlayıram. Bəlkə mənə görə oynamaq istəmirlər?” deyən baş məşqçi postunda qalacağı halda heyətdə islahatlar aparıb-aparmayacağı ilə bağlı suala cavab vermək istəməyib (lent.az).
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı