AZAL klubunun baş məşqçisi Elxan Abdullayev bu gün istefaya göndərilə bilər.
Qol.Az-ın məlumatına görə, son uğursuz çıxışlardan sonra autsayderlər sırasına düşən AZAL-ın rəhbərliyi baş məşqçinin fəaliyyətindən ciddi şəkildə narazıdır. Bu məsələ ilə əlaqədar bu gün E.Abdullayevin klub rəhbərliyi ilə görüşü nəzərdə tutulub.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov Qol.Az-ın müxbiri ilə söhbətində həmin görüşün keçiriləcəyini təsdiqləyib. O, yalnız bu görüşdən sonra Elxan Abdullayevin gələcək karyerası ilə bağlı nəsə deməyin mümkün olacağını söyləyib.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu