Hollandiya çempionatının son turu sensasiya ilə yadda qalıb. Qol.Az-ın məlumatına görə, Hollandiyada və Avropada kifayət qədər uğurlara imza atmış "Feynord" klubu səfərdə "Qroningen"in qonağı olub.
Ölkəsinin ən titullu komandalarında sayılan "Feynord" səfərdə darmadağınla üzləşib. Hər iki hissədə 3 qol vuran meydan sahibləri rəqibini 6:0 hesabı ilə biabırçı məğlubiyyətə uğradıb.
Qeyd edək ki, 14 dəfə Hollandiya çempionu və 11 qat ölkə kubokunun sahibi olan "Feynord" hazırda 18 xalla 6-cı pillədə qərarlaşıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu