Vladislav Qədirov: “İkinci hissədə potensialımızı artırdıq”

Vladislav Qədirov: “İkinci hissədə potensialımızı artırdıq”
XƏBƏR 30 Oktyabr 2011 / 19:30 1362
-  A +

Premyer Liqanın birinci dövrəsinin son turunda doğma meydanda “İnter”i qəbul edən “Rəvan” rəqibinə 1:2 hesabı ilə məğlub olub. Qol.Az-ın məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Vladislav Qədirov oyunla bağlı bunları deyib:

“Dörd oyun idi ki, uduzmurduq. Bu oyunun çox çətin keçəcəyini bilirdik. “İnter” həm fiziki, həm də taktiki cəhətdən yaxşı komandadır. İki fərqli hiss izlədik. İlk hissədə iki qol buraxdıq. İkinci hissədə potensialımızı artırdıq. Bir qol vurduq, ancaq penaltidən yararlana bilmədik. Növbəti tur “Simurq”la oyunumuz var, o oyuna hazırlaşacağıq”.

Son xəbərlər