Vaqif Cavadov üçün yeni menecer

Vaqif Cavadov üçün yeni menecer
XƏBƏR 30 Oktyabr 2011 / 14:58 2332
-  A +

Rusiyanın Volqa klubunun yeni baş meneceri müəyyənləşib. Qol.Az-ın məlumatına görə, millimizin hücumçusu Vaqif Cavadovun da şərəfini qoruduğu komandada bundan sonra menecerlik vəzifəsini Dmitri Polyatskin yerinə yetirəcək. O, bu postda Sergey Koçetovu əvəzləyib.

Kazanın yetirməsi olan bu şəxs əvvəllər doğma şəhərində restoran və mehmanxana biznesi ilə məğul olub, eyni zamanda uşaq futboluna dəstək verib. Bundan sonra Konoplev adına akademiyaya yollanan Polyatskin orada adminstrator vəzifəsində çalışıb.

Bir müddət Moskvada “Çertonova” akademiyasında işləyən mütəxəssis son vaxtlar Rusiya millisinin yaş qrupları sistemində mencerlik edirdi.

Qeyd edək ki, Polyatskin sabah futbolçulara təqdim olunacaq.

Son xəbərlər