"Barselona" və "Real" (Madrid) klublarının transfer hədəfində olan gənc braziliyalı futbolçu Neymar dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
Qol.Az-ın məlumatına görə, Neymar da "Barselona"nın argentinalı ulduzu Lionel Messiyə üstünlük verib:
"Hazırda dünyada istedadlı futbolçular çoxdur. Diqqət yetirdikdə onlar arasında seçim etmək çox çətin olur. Ancaq bu bir reallıqdır ki, Messi hazırda dünyanın ən yaxşı futbolçusudur.
Onun "Barselona"dakı uğurları göz qabağındadır. Messi "Barselona"nın "döyünən ürəyi" sayılır. Gələcəkdə də ona uğurlar arzu edirəm".
Qeyd edək ki, hazırda "Santos"da çıxış edən Neymarın qışda "Real" və ya "Barselona"ya transfer olunacağı bildirilir.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu