Təbrizin “Traktor Sazi” klubu ötən gün İran çempionatında növbəti matçını keçirib.
Qol.Az-ın məlumatına görə, ötən turda səfərdə "Saypa" ilə 2:2-lik bərabərə qalan Azərbaycan klubu bu tur səfərdə "Moqhavemat Sepasi" ilə qarşılaşıb.
Matçın 29-cu dəqiqəsində geri düşən təbrizlilər oyunda dönüş yarada biliblər. İlk hissənin son dəqiqəsində hesaba tarazlıq gətirən "Traktor Sazi" fasilədən sonra daha bir dəfə fərqlənib.
Bu qələbə sayəsində xalını 23-ə yüksəldən Təbriz təmsilçisi turnir cədvəlinin 3-cü pilləsinə qalxıb. İran çempionatında turnir cədvəlinə isə Tehranın "Naft Tehran" klubu başçılıq edir.
Qeyd edək ki, "Traktor Sazi" növbəti görüşünü noyabrın 18-də səfərdə "Folad Kuzestan"a qarşı keçirəcək.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu