Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun da çalışdığı Rusiyanın “Anji” klubu Premyer Liqada növbəti görüşünə çıxıb.
Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisi bu dəfə öz meydanında “Amkar”la qarşılaşıb.
Mövsümə yaxşı başlamış “Anji” klubunda işlər heç də qaydasında deyil. Son turlarda ardıcıl xallar itirən “Anji” bu oyunda qələbə qazanmaq niyyətində idi.
İlk hissədə Yuri Jırkovun qolu ilə hesabda önə keçən "Anji" fasilədən sonra daha bir dəfə fərqlənib. Matçın sonlarında qapısında bir top görən Mahaçqala təmsilçisi oyunu qələbə ilə başa vurub - 2:1.
Qeyd edək ki, hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan "Anji" bu qələbədən sonra xalını 45-ə çatdırıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər