Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin də şərəfini qoruduğu Türkiyənin “Kayseri Erciyesspor” klubu Bank Asya liqasında bu gün növbəti görüşünü keçirib.
Qol.Az-ın məlumatına görə, həmyerlimizin komandası bu dəfə səfərdə “Boluspor”un qonağı olub.
Bu görüş hər iki komanda üçün mühüm əhəmiyyət daşıyırdı. Liderlərin mübarizəsindən qonaqlar qalib ayrılıb.
Amitin komandası matçın 2-ci dəqiqəsində hesabda geri düşsə də sonradan oyunda dönüş yaradaraq qələbə qazanıblar - 2:1.
Qeyd edək ki, Amit bu görüşdə 90 dəqiqə meydanda olub. Lakin sarı vərəqə aldığı üçün oyuna əlavə edilmiş dəqiqələrdə əvəzlənib.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər