“Azərbaycan millisi fiziki cəhətdən axsayır ki, bu da onların ən böyük problemlərindən biridir. Amma Berti Foqts milliyə baş məşqçi təyin olunandan dərhal sonra, bu problemi üzə çıxardı və onu həll etməyə çalışdı”. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri qarşıdakı Rusiya - Azərbaycan oyunu haqda fikirlərini bildirərkən, “Neftçi”nin keçmiş baş məşqçisi Anatoli Demyanenko deyib. Ukraynalı mütəxəssis bəzi milli üzvlərini Berti Foqtsdan şikayətləndiyini söyləyib: “Mən “Neftçi”də çalışarkən görürdüm ki, Foqts hətta bəzən gün ərzində milli komandaya 3 məşq keçirdi. Nəticədə o Azərbaycan milli komandasının fiziki durumunu müəyyən dərəcədə yaxşılaşdıra bilib. Halbuki bəzi futbolçular Foqtsdan narazılıq edərək, onun çox ağır məşq keçməsindən gileylənirdilər. Azərbaycanlılar texiki cəhətdən çox güclü xalqdırlar. Bunu biz hətta keçmiş SSRİ-nin vaxtında, “Neftçi”nin timsalında da görmüşük. Amma onların həddən artıq texnikalı olmaları, temperamentlərini yüksək olması, bəzən mənfi fəsadlara gətirib çıxarır. Onlar oyun zamanı hər şeyi unudurlar. Milliləşdirilmiş əcnəbilərdən Fabio Luis Ramimin adını çəkə bilərəm. O çox texnikalı, hücumameylli yarımmüdafiəçidir. Amma komandanın lideri yerli oyunçu - hazırda Türkiyənin “Kocaelispor” klubunda çıxış edən Rəşad Sadıqov hesab olunur. Taktiki cəhətdən Azərbaycan millisi bir o qədər də inkişaf etməyib. Milli komandanın oyunları zamanı şahid olmuşam ki, onlar əsasən 1 hücumçuyla oynayırlar. Hansı ki, o nə Krauç qədər hündür, nə də Arşavin qədər balacaboydur. Normal hücumçudur, buna görə də Azərbaycan millisi əsasən yerlə oynayır. Amma düşünürəm ki, qarşıdakı matçda hər şey Rusiya milli komandasının oyuna hansı dərəcədə köklənməsindən asılı olacaq. Rəqibi qiymətləndirməmək, çox təhlükəlidir. Bu halda Rusiya millisi əlavə problem yaşaya bilər. Amma rəqibin gücünü şişirtmək də lazım deyil.
Sonda ukraynalı məşqçi millimizin çalışdırıcısı haqda da danışıb: “Foqtsla bir dəfə görüşmüşəm. O millinin baş məşqçisi kimi klub məşqçiləriylə görüşürdü. Amma onun milliyə hansı dərəcədə xeyir verdiyini dəqiq deyə bilmərəm. Çünki mən “Neftçi”nin baş məşqçisi təyin olunarkən, o artıq miliyə rəhbərlik edirdi. Ondan əvvəl isə Azərbaycan millisinin hansı səviyyədə olmasından xəbərim yoxdur”
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"