Almaniya Bundesliqasında keçirilən "Frayburq" - "Bayer" (Leverkuzen) matçında qonaqların yarımmüdafiəçisi Mixael Ballakın qol vurması ona baha başa gəlib.
Qol.Az-ın məlumatına görə, matçın 65-ci dəqiqəsində burnundan zədələnən Ballak meydanı tərk etmək məcburiyyətində qalıb.
Bu gün tibbi müayinədən keçən futbolçunun burnunun qırıldığı müəyyənləşib. Belə olan təqdirdə isə Ballakın Çempionlar Liqasında "Valensiya"ya qarşı oynayacağı sual altındadır.
Qeyd edək ki, İspaniyada baş tutacaq "Valensiya" - "Bayer" matçı noyabrın 1-də Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər