"Trabzonspor" klubunun baş məşqçisi Şenol Günəş komandanın aparıcı hücumçusu Burak Yılmazı "Qaziantepspor"la görüşdə oynatmayacaq.
Qol.Az-ın məlumatına görə, Günəş yüngül zədəsi olan Buraka istirahət verərək onu Qaziantepə aparmayıb.
Futbolçu özü bu axşamkı görüşdə oynamaq istəsə də baş məşqçi ona istirahət etməyi məsləhət görüb: "Sən bizə Çempionlar Liqasında lazımsan.
"Qaziantepspor" matçını sənsiz də yola verə bilərik. Ancaq CSKA (Moskva) oyunu çox çətin olacaq. Ona görə də bu tur istirahət etməyin yaxşıdır".
Qeyd edək ki, "Trabzonspor" bu axşam səfərdə "Qaziantepspor"la qarşılaşacaq.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər