Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun da çalışdığı Rusiyanın “Anji” klubu Premyer Liqada növbəti görüşünə çıxacaq.
Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisi bu dəfə öz meydanında “Amkar”la qarşılaşacaq.
Mövsümə yaxşı başlamış “Anji” klubunda işlər heç də qaydasında deyil. Son turlarda ardıcıl xallar itirən “Anji” bu oyunda qələbə qazanmaq niyyətindədir.
Qeyd edək ki, “Anji” hazırda 42 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər