"İnter" klubunun baş məşqçisi Klaudio Ranyeri A Seriyasında bu axşam qaşılaşacaqları "Yuventus"la oyunöncəsi fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, vaxtilə "Yuventus"u çalışdıran Ranyeri bu oyuna qisas hissi ilə çıxmayacağını vurğulayıb:
"Yuventus"la oyun mənim üçün xüsusi bir əhəmiyyət daşımır. Meydana yalnız 3 xal üçün çıxacağıq. Turnir cədvəlindəki mövqeyimizi düşünmədən oynamalıyıq.
Çempionluq üçün hələ də şansımız var. Vaxtilə "Yuventus"da çalışmağım məndə intiqam hissi oyatmır. Ümumiyyətlə, qisas almaq niyyətim yoxdur".
Qeyd edək ki, Ranyeri 2007-2009-cu illərdə məhz "Yuventus"u çalışdırıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər