“Xəzər Lənkəran” bu gün ev oyunlarının ən yaxşısını keçirdi”
“Fikrimcə, “Xəzər Lənkəran” bu gün ev oyunlarının ən yaxşısını keçirdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis Premyer Liqanın XI turunun “Kəpəz”lə görüşündəki 1:0 hesablı qələbə haqda fikirlərini bildirib: “Kəpəz” çox intizamlı komandadır.
Yaxşı oyun izlədik, sadəcə meydanın vəziyyəti daha da gözəl oyun göstərməyə imkan vermədi. Şiddətli yağış yağırdı, buna baxmayaraq, qalib gəldik, 3 xal qazandıq”.