Qurban Qurbanov "Bakı" üzərində qələbədən danışdı

Qurban Qurbanov "Bakı" üzərində qələbədən danışdı
XƏBƏR 28 Oktyabr 2011 / 17:45 2232
-  A +

“Qələbə qazandığımıza görə məmnunam. Hərdən elə anlar olur ki, həmin vaxt qələbə qazanmaq çox vacibdir. Çox sevinirəm ki, biz bunu etdik”.

Qol.Az-ın məlumatına görə bu sözləri “Bakı” üzərində qələbədən sonra təşkil olunmuş mətbuat konfransında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Getdikcə Azərbaycan futbolunda sürətin artdığını qeyd edən gənc mütəxəssis bu gün çempionatda ən yaxşı oyunlarını oynadıqlarını söyləyib: “Məni sevindirən əsas məqam isə odur ki, bu gün Azərbaycan futbolunda get-gedə sürət artır. Mən belə düşünürəm ki, bu gün çempionatda ən yaxşı oyunumuzu oynadıq”.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır