Volkan Dəmirəlin atası saxlanıldı

Volkan Dəmirəlin atası saxlanıldı
XƏBƏR 28 Oktyabr 2011 / 17:14 1811
-  A +

Türkiyə millisi və “Fənərbaxça”nın qapıçısı Volkan Dəmirəlin atası Əli Hacı Dəmirəl saxlanılıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, buna ata Dəmirəlin içki içib sərxoş olduqdan sonra havaya odlu silahdan atəş açması səbəb olub.

Bundan narahat olan qonşular dərhal polisə müraciət ediblər. Nəticədə hadisə yerinə gələn asayiş keşikçiləri Volkanın atasını polis idarəsinə aparıblar. Orada testdən keçən Əli Hacının spirtli içki qəbul etdiyi təsdiqlənib.

İfadəsi alındıqdan sonra sərbəst buraxılan ata Dəmirəlin silahı polislər tərfindən götürülüb, özünə isə pul cəzası verilib.

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır