Avropa çempionatının seçmə mərhələsi öncəsi Ukraynada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət yığmamız həmin ölkədən birbaşa Litvaya keçəcək.
Qol.Az-ın məlumatına görə, komandamız hazırlığın ikinci mərhələsini məhz orada keçəcək. Yığmamız təlim-məşq prosesi çərçivəsində Litvanın U16 komandası ilə yoxlama oyunları keçirəcək.