Türkiyə mətbuatı “Trabzonspor”un baş məşqçisi Şenol Günəşlə bağlı maraqlı xəbər yayıb. Qol.Az-ın məlumatına görə, türk həmkarlarımız 59 yaşlı mütəxəssisin “Anji”yə baş məşqçi təyin oluna biləcəyini yazıblar.
Xəbərdə bildirilir ki, Mahaçqala təmsilçisi hazırda italiyalı Marçelo Lippi ilə danışıqlar aparır. Əgər tərəflər ortaq məxrəcə gələ bilməsələr, klubun prezidenti Süleyman Kərimov əsas diqqətini Günəşə yönəldəcək.
Qeyd edək ki, “Anji” rəhbərliyi türkiyəli çalışdırıcının “ay-ulduzlular”la 2002-ci il dünya çempionatındakı uğurunu nəzərə alıb, komandanı məşqçilik postunu ona həvalə etmək istəyir.
Xatırladaq ki, DÇ-2002-də Günəşin başçılıq etdiyi Türkiyə millisi 3-cü yeri tutaraq, tarixində ilkə imza atmışdı.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər