Ukraynada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, yığmamız «Şaxtyor» (Donetsk) klubunun U-16 və U-17 komandalarının futbolçularından təşkil olunmuş komanda ilə qarşılaşıb. 3:1 hesabı ilə Ukrayna təmsilçsinin xeyrinə başa çatan oyunda yığmamızın qolunu Ülvi Süleymanov vurub.
Xatırladaq ki, millimiz bu komanda ilə iki gün öncə də də qarşılaşmış və 0:2 hesabı ilə məğlub olmuşdu.