Rusiya məbuatı Vaqif Cavadovun oyununa qiymət verdi
Rusiya mətbuatı Premyer Liqanın son turunun “Zenit”lə oyunundan sonra “Volqa” futbolçularının çıxışını qiymətləndirib.
Qol.Az-ın məlumatına görə, rusiyalı həmkarlarımız Nijni-Novqorod təmsilçisinin şərəfini qoruyan milli komandamızın hücumçusu Vaqif Cavadovun oyununa bu dəfə 5 bal verib.
“Volqa”da yalnız bir futbolçuya ən yüksək qiymət (5,5) verilib. Meydana çıxan qalan 13 oyunçunun hamısı isə 5 bal alıb.
Qeyd edək ki, Cavadov komandasının “Zenit”ə böyük hesabla məğlub olduğu görüşün ikinci hissəsində meydana çıxmışdı.