UEFA millimizin oyununun vaxtını dəyişdi
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə apardığı VII qrupun son iki oyununun vaxtı UEFA tərəfindən dəyişdirilib.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, oktyabrın 30-da keçiriləcək Azərbaycan – Ukrayna və Xorvatiya – Belçika qarşılaşmaları, əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 18:30-da deyil, saat 18:00-da (Bakı vaxtı ilə) başlayacaq.