Arda Turan: "Sevgilimdən ayrılmamışam"

Arda Turan: "Sevgilimdən ayrılmamışam"
XƏBƏR 28 Oktyabr 2011 / 03:17 1767
-  A +

"Atletiko" (Madrid) klubunun türkiyəli yarımmüdafiəçisi Arda Turan son zamanlar sevgilisindən ayrılması haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, bu xəbərləri təkzib edən Arda sevgilisindən ayrılmadığını vurğulayıb:

"Ölkəmizin şəhid verdiyi və ardından zəlzələ ilə sarsıldığı bu çətin günlərdə də haqqımda çıxan xəbərlərə çox üzülürəm.

Xalqımızın bu ağrılı günlərini bir tərəfə qoyub, belə yalan xəbərlər yaymaq heç də yaxşı hərəkət deyil. İstərdim hər kəs duysun ki, mən sevgilimdən ayrılmamışam".

Qeyd edək ki, daha öncə Ardanın sevgilisi Sinəm Kobaldan ayrılması ilə bağlı xəbərlər yayılmışdı.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır