İspaniyanın "Vilyareal" klubu ciddi itki ilə üzləşib. Qol.Az-ın məlumatına görə, komandanın ulduz futbolçusu Cüzeppe Rossi La Liqanın sonuncu turunda "Real" (Madrid) klubu ilə qarşılaşmada zədələnərək sıradan çıxıb.
Matçdan sonra tibbi müayinədən keçən Rossinin ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Sağ ayağının iç çarpaz bağlarında yırtılma təsbit edilən futbolçu yalnız bu mövsümün son aylarında meydana çıxa biləcək.
Qeyd edək ki, "Real" - "Vilyareal" oyunu 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər