"Yuventus"un hücumçusu La Liqaya doğru

"Yuventus"un hücumçusu La Liqaya doğru
XƏBƏR 28 Oktyabr 2011 / 00:01 1739
-  A +

"Yuventus" klubunun hücumçusu Miloş Krasiç karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Qol.Az-ın məlumatın görə, serbiyalı futbolçu ilə "Sevilya" klubu yaxından maraqlanır.

Son zamanlar hücum xəttində müəyyən sıxıntı yaşayan "Sevilya"nın baş məşqçisi Marçelino Krasiçi komandasında görmək istəyir. Məhz bunu nəzərə alan "Sevilya" rəıhbərliyi qış transfer pəncərəsi dönəmində 26 yaşlı futbolçunu transfer etmək niyyətindədir.

Gəldiyi gündən bəri "Yuventus"un əsas heyətində yer ala bilməyən futbolçunun da Turini tərk etmək istədiyi bildirilir.

Qeyd edək ki, 2010-cu ildə CSKA (Moskva) klubundan transfer edilmiş Krasiçin "Yuventus"dakı təzminat dəyəri isə 10 milyon avro olaraq müəyyənləşdirilib.


Son xəbərlər