Bu gün Rusiya Premyer Liqasının 29-cu turu çərçivəsində oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Vaqif Cavadovun çıxış etdiyi “Volqa” səfərdə “Zenit”lə qarşılaşıb. Nijni-Novqorod təmsilçisi rəqibinə 3:0 hesabı ilə məğlub olub. Cavadov matçın 46-cı dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, “Volqa” hazırda 25 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.